VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanda yol polislərinə yeni xidməti avtomobillər veriləcək.

BAKU.WS
xəbər verir ki, yol polislərinə veriləcək avtomobillər “Mercedes c-klass” modelidir. Həmin avtomobillər artıq paytaxta gətirilib. 

Həmin avtomobillər ilk öncə Bakı şəhəri Yol Polisi İdarəsinə veriləcək. Məsələ ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsilə əlaqə saxladıq. Qurumun ictimai əlaqələr bölməsinin rəisi Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, hələlik həmin avtomobillərin verilməsi barədə xəbərsizdir.

“Açığı hələlik mənə həmin maşınlarla bağlı məlumat verməyiblər. Əgər gətirilibsə, onda qarajda olacaq. Əməkdaşlarımıza hələlik təqdim edilməyib”, - deyə qurum rəsmisi bildirib.

Ziya SƏCCAD
BAKU.WS