Azərbaycana 12 santimetr hündürlüyündə yağan qarın görüntüsü (VİDEO)
28
sen
2017
14:44
Ötən gecədən başlayaraq Quba və Qusarın yüksək dağlıq ərazilərinə qar yağıb.Quba Regional Hidrometeorologiya Müəssisəsindən AZƏRTAC-a bildiriblər ki, ən çox yağıntı Qubanın Xınalıq kəndinə düşüb. Burada qarın hündürlüyü 12 santimetrə çatıb. Qırız kəndində 11, Qusarın Ləzə kəndində isə 2 santimetr qar qeydə alınıb. Qarın yağması ilə əlaqədar şimal bölgəsində hava soyuyub, dağlıq ərazilərdə gecə saatlarında temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb. Qeyd edək ki, qarın yağması Quba və Qusarın ucqar kəndlərinə gedən yollarda çətinlik yaratmayıb. BAKU.WS
Oxşar xəbərlər
Azərbaycana ilk qar yağdı - FOTO
Qubada gecə saatlarında yağışla müşahidə olunan yağıntı səhərə yaxın qara çevrilib.BAKU.WS Report-un Şimal bürosuna istinadla xəbər verir ki, ilk qar, əsasən, Q...