Azərbaycana ilk qar yağdı
05
sen
2016
11:31
Azərbaycanın Quba rayonunun Xınalıq kəndində dağlara qar yağıb.
BAKU.WS xəbər verir ki, bu barədə APA-nın şimal bürosuna kənd sakinləri məlumat verib. Sakinlərin bildirdiyinə görə, Xınalıq kəndi ilə üzbəüz yerləşən Qiblə dağının zirvəsində daha çox qar müşahidə olunur.
Təxminən 3500 metrdən yüksəkdə yerləşən dağlıq ərazilərə də qar yağıb.
Quba Regional Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, müşahidə məntəqələrinin olduğu ərazilərin heç birində qar yağması faktı qeydə alınmayıb.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda rus qızına görə, FHN helikopteri havaya qaldırdı
Quba rayonunun Xınalıq kəndinə gələn turist dağlıq ərazidə köməksiz qalıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, şimal bölgəsinə yağan güclü yağış nət...