Quba - Xınalıq yolu bağlandı
Mayın 20-də gecə saatlarında Quba-İspik-Xınalıq yolunun hərəkət hissəsinə dağlardan qopan qaya parçalarının və torpaq kütləsinin tökülməsi səbəbindən avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşıb.
Qubadakı 6 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov AZƏRTAC-a bildirib ki, qaya parçaları daha çox yolun 37-ci kilometrliyinə düşüb. Xınalıqla bərabər, bu istiqamətdə yerləşən Əlik, Haput, Cek, Qələxudat və Bostankeş kəndləri ilə də nəqliyyat əlaqəsi kəsilib.
Gecə saatlarından yolun təmizlənməsinə başlanılıb. İdarənin ağır texnikaları vasitəsilə ağırlığı 15-20 ton olan qaya parçaları yolun hərəkət hissəsindən kənarlaşdırılır.
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Ağsu rayonuna səfəri çərçivəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax mənzilini...