Azərbaycanda qeyri-adi təbiət hadisəsi (FOTO)
Lerik rayonunda ötən gündən yağmağa başlayan qarın hündürlüyü 20 sm-ə çatıb.
"Report"un Cənub bürosunun məlumatına görə, qarın yağması nəqliyyatın hərəkətində heç bir problem yaratmayıb.
Lakin qarın yağması ilə yanaşı qeyri-adi təbiət hadisəsinin də baş verdiyi bildirilir.
Rayonun Orand kənd bələdiyyəsinin sədri Hamil Mustafayevin "Report"a açıqlamasında həyətinə yağan qarın üzərində soxulcanlar müşahidə etdiyini bildirib:
"Səhər yaxşı qar yağmışdı. Birdən həyətdə diqqətimi qarın üzərindəki qırmızı ləkələr cəlb etdi. Yaxına gedib baxanda təəccübləndim. Bunlar torpaqda olan soxulcanlar idi. Fikirləşdim ki, yəqin hardasa külək gölün suyunu göyə sovurub. Sonra tanışlarıma zəng etdim. Bildiyimə görə, Nuravud kəndində də belə bir hal müşahidə olunub".
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda qar uçqunu olub, yollar bağlanıb
Lerik rayonunda qar uçqunu olub, yollar bağlanıb. BAKU.WS-in "Report"-un Cənub bürosunun verdiyi xəbərə istinadən bildirilir ki, Zuvand yolunda baş verən uçqu...