Qubada güclü qar rayonun 8 kəndi ilə əlaqəsini kəsdi
Qubaya yağan güclü qar rayonun 8 kəndi ilə nəqliyyat əlaqəsini kəsib.
BAKU.WS report-a istindən bildirir ki, oktyabrın 16-dan 17-nə keçən gecədən başlayaraq yağan yağış sonra qara çevrilib.
Xınalıq kənd sakinlərinin verdiyi məlumata görə, qarın hündürlüyü 50 santimetdən çoxdur. Hazırda qonşu kəndlərdə də eyni vəziyyətdir.
Buduq kəndi Böyük Qafqaz silsiləsində olduğu üçün orada qarın hündürlüyü daha çoxdur. Burada qarın hündürlüyü 55 sm-dir. Hazırda qarın yağması davam edir.
Quba FHK Komissiyasının sədri Yusif Abidov "Report"a açıqlamasında bildirib ki, "qar güclənsə, çətinliklər yaranacaq, ancaq bununla bağlı tədbirlər görüləcək".
BAKU.WS
Oxşar xəbərlər
Qubada maşını sel apardı: Kəndlərlə əlaqə kəsilib
Güclü yağış Quba rayonunun 10-dan çox kəndinə ziyan vurub. Bu barədə "report”a Quba Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov məlumat verib. O bildiri...