Qarın yağması qəzalara səbəb olub
                            
                                08
                                dek
                            
                                2016
                                09:07
                            
                            Səhər saatlarında qarın yağması səbəbindən Bakı-Quba yolunun Sumqayıt şəhərindən paytaxta qədər olan hissəsində avtomobillərin hərəkətində sıxlıq yaranıb.
BAKU.WS Report-a istinadən xəbər verir ki, yolun buz bağlaması nəticəsində "Saray postu” yaxınlığında "Nissan X-Trail” və "Mercedes” markalı avtomobillər sürüşərək bir-birinə dəyib və yol kənarındakı dəmir maneəyə çırpılıb. Qəza nəticəsində hər iki maşına ziyan dəyib.
Bir az irəlidə isə digər "Mercedes” markalı maşın sürüşərək dəmir maneəyə çırpılıb.
Oxşar xəbərlər
İki qadın sürücü paytaxtda qəza törətdi: yol iflic oldu
Bakıda iki qadın sürücü yol qəzası törədib. Trend-in məlumatına görə, hadisə noyabrın 28-də səhər saat 09:00 radələrində paytaxtın Yasamal rayonu ərazisində baş...