Azərbaycan səhnəsi Zöhrə Abdullayevasız qaldı - FOTO+VİDEO

29
iyn
2018
12:53
Oğlunu itirən əməkdar artist Zöhrə Abdullayeva bir daha oxumayacaq.BAKU.WS-in məlumatına görə, oğlu dünyasını dəyişən günü həyatına nöqtə qoyduğunu bəyan edən ifaçı səhnəyə qayıtmayacaq.Zöhrə xanımın yaxınlarının sözlərinə görə, o, bir daha əlinə mikrafon alaraq səhnəyə çıxmayacaq. Sənət yoldaşları həmkarlarının bu qərarını anlayışla qarşılasalar da, sevənlərini Allahın ona verdiyi bu səsdən məhrum etməyə haqqı olmadığını deyirlər. Xatırladaq ki, sənətçi oğlunun öldüyü gün kədərini izləyicilərilə bölüşərkən bu sözləri yazmışdı: “Yeganə oğlumu bu gün son mənzilə yola salıram. Mənim üçün həyat bitdi. Həyatıma nöqtə qoyan balam, məkanın cənnət olsun".Əməkdar artistin beyin xərçəngindən dünyasını dəyişən yeganə övladı – 47 yaşlı İsrafil Abdullayev iki övlad atası idi. Mərhumun oğlu Yusif İngiltərədə, qızı isə Bakıda təhsil alır.Zülfiyyə QurbanovaBAKU.WS


Oxşar xəbərlər
Oğlunu itirən Zöhrə Abdullayeva fəryad etdi: Ölürəm...
"Mən artıq ölürəm (ağlayır). Allah belə bir acını heç bir anaya göstərməsin. Məni heç kəs narahat etməsin. Məni dərdimlə tək buraxın". Yeganə övladını itirən əm...