Oğlunu itirən Zöhrə Abdullayeva fəryad etdi: Ölürəm...
25
may
2018
11:08
"Mən artıq ölürəm (ağlayır). Allah belə bir acını heç bir anaya göstərməsin. Məni heç kəs narahat etməsin. Məni dərdimlə tək buraxın". Yeganə övladını itirən əməkdar artist Zöhrə Abdullayev belə üsyan edib.BAKU.WS -in məlumatına görə, əməkdar artistin 47 yaşlı oğlu İsrafil Abdullayev uzun müddətdir beynin xərçəngindən əziyyət çəkirdi. Beyin xərçəngindən əziyyət çəkən Abdullayevin son 3 gündə vəziyyəti pisləşib və o, bu gün səhər saatlarında dünyasını dəyişib. İsrafil Abdullayevin iki övladı var. Mərhumun oğlu Yusif İngiltərədə, qızı isə Bakıda təhsil alır. Bildirilir ki, İ. Abdullayev Dövlət Gömrük Komitəsinin Astara rayon şöbəsinin rəisi olub. İki il öncə səhhəti ilə bağlı öz ərizəsi ilə vəzifədən çıxıb. Allah rəhmət eləsin! BAKU.WS
Oxşar xəbərlər
Zöhrə Abdullayevanın oğlunun dəfn mərasimində izdiham yaşanıb - VİDEO
Tanınmış müğənni, əməkdar artist Zöhrə Abdullayevanın bu gün vəfat edən oğlu dəfn olunub.BAKU.WS xəbər verir ki, dəfn mərasimində çoxsaylı insan iştirak edib....