Azərbaycanlı müğənninin Los-Ancelesdəki oğlu və gəlini təxliyə edilib
Müğənni Nura Suri Los-Anceles şəhərindəki böyük oğlu Xosrov və onun həyat yoldaşı ilə bağlı danışıb.
BAKU.WS xəbər verir ki, sənətçi instaqqramda paylaşım edərək oğlu və gəlinin oradan təxliyyə olunduğunu bildirib:
"Mənə və oğluma görə narahat olan hər kəsə minnətdarlığımı bildirirəm. Yaxşı ki, vaxtında təxliyə olundular. İndi orada gecədir, oğlum yuxudan oyananda ətraflı məlumat verəcəyəm".
Daha sonra ifaçı oğlu və gəlininə yazdığı mesajları da paylaşıb.
Xatırladaq ki, ötən gün sənətçi Los-Ancelesdəki meşə yanğınlarının böyük oğlu Xosrovun evinə çatdığını deyib. Xosrov uzun illərdir ABŞ-də yaşayır.
Oxşar xəbərlər
Vüsalə Əlizadənin bu görünüşü müzakirələrə səbəb oldu
Aparıcı Vüsalə Əlizadənin xarici görünüşü müzakirələrə səbəb olub. BAKU.WS xəbər verir ki, sosial şəbəkədə videosunu paylaşan aparıcının izləyiciləri ona çənəsi...