Azərbaycanlı müğənni israilli münsifləri HEYRƏTLƏNDİRDİ - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan əsilli ifaçı Kama Kamila İsraildə keçirilən “X Factor Israel” yarışmasına qatılıb.
BAKU.WS xəbər verir ki, o, səsləndirdiyi kompozisiyası ilə münsifləri heyrətə gətirib. Kamilanın ifasını daha çox Avroviziya 2018-in qalibi Netta Barzilay bəyənib.
Kama Kamila mahnını ingilis və yəhudi dillərində ifa edib.
Sənətçi illər əvvəl İsrailə köçərək orada yaşamağa başlayıb. O, İsraildə ingilis, yəhudi və Azərbaycan dillərində ifa etdiyi mahnıları ilə tanınır.
Xatırladaq ki,“X Factor Israel” yarışmasının qalibi İsraili 2022-ci ildə keçiriləcək Avroviziya müsabiqəsində təmsil edəcək.
Oxşar xəbərlər
Cavan Zeynallı: “O dueti Flora xanım başqa adamla oxumalı idi” - FOTO
Xalq artisti Cavan Zeynallı "APA"ya müsahibə verib. Karyerasından və şəxsi həyatından danışan sənətçi maraqlı açıqlamaları ilə diqqət çəkib. BAKU.WS həmin müsah...