Aygün Kazımova sirkdə "Məclis" qurub, halqadan sallanıb, rep oxudu
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Aygün Kazımova yenidən uzun müddət gündəmi alt-üst edəcək layihə hazırlayıb.
BAKU.WS xəbər verir ki, Pop kraliça bu dəfə də ilkə imza ataraq rep janrında mahnı oxuyub. "Məclis" mahnısı üçün Diva klip də çəkdirib. Söz və musiqisi Abbas İsmayılova (Asoundady) məxsus olan "Məclis"in ekran həlli rejissor Delee Orucluya həvalə edilib. Layihə üçün yerli və əcnəbi komanda 2 gün çalışıb.
Ekran işi həm Bakı Dövlət Sirkində, həm də həmin ərəfədə Azərbaycana xaricdən gətirilən sirk pavilyonunda lentə alınıb. Klipdə yerli və xarici peşəkar sirk aktyorları - akrobatlar, janqlyorlar, kaskadyorlar və rəqqaslar çəkiliblər. Pop Diva ən təhlükəli kadrlardan birində isə hündürlükdə halqadan sallanıb. Ekran işində sirk heyvanlarından da istifadə edilib.
Al-əlvan rəngləri, yüksək enerjisi və vizual həlləri ilə seçilən klipdə Ölkənin əsas ulduzu beş fərqli obrazda kamera qarşısına keçib. Müğənninin saç və makiyajı üzərində Günəş Nur və Tolqahan Karataş çalışıb. Layihənin kreativ direktoru dünyaşöhrətli modelyer Rüfət İsmayıldır.
Mahnı ötən gün gecə yayımlansa da artıq, "Apple Music"də bir neçə saata rəsmi türkdilli rep pleylisti "Breaking Turkish Rap" də yer alıb.
Oxşar xəbərlər
Məşhur aktrisa müflis oldu, stressdən ayaqları tutuldu
Aktrisa Demet Evqar yeni xəbərlə gündəm olub. BAKU.WS xəbər verir ki, o prodüserliyini etdiyi "Macbeth" adlı layihəsinə görə böyük məbləğdə pul itirib. Maliyyə...