Ayda dəfn mərasimi keçiriləcək - 50 min dollara
Amerika Federal Aviasiya Administrasiyasının özəl şirkətlərdən birinə Aya kosmik vasitə göndərmək üçün icazə verməsinin ardından "Moon Express” şirkəti 2017-ci ildə Aya səyahət çantası böyüklüyündə kapsul göndərməyi planlaşdırır.
BAKU.WS Azərtac-a istinadla xəbər verir ki, iki həftə ərzində Ayda təcrübələr həyata keçirəcək, dünyaya yüksək keyfiyyətli təsvirlər göndərəcək bu kapsulun sahibi olan şirkət, eyni zamanda, 2017-ci ildən etibarən öldükdən sonra yandırılan insanların külünü də dəfn etmək üçün Aya daşımağa başlayacaq.
"Moon Express”lə əməkdaşlıq müqaviləsi imzalayan "Celestis” şirkəti artıq internet səhifəsində Ayda dəfnin qiymətlərini dərc edib. Tariflərə görə, şirkət külün bir qramını 12,5, üç qramını 25 min, yeddi qramını isə 50 min ABŞ dolları qiymətinə daşıyacaq.
BAKU.WS
Oxşar xəbərlər
Məhəmməd Əli son mənzilə yola salınır (FOTO)
74 yaşında həyatını itirən dünya şöhrətli boksçu Məhəmməd Əlinin iki gün davam edəcək dəfn mərasimi bu gün Luisvill şəhərində qılınacaq cənazə namazı ilə başlay...