Aybəniz Haşımovaya vəzifə verildi
09
fev
2026
15:54
Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.
Məlumata görə, Aybəniz Haşımova fevralın 6-sı bu vəzifəyə təyin olunub.
Bu gün isə artıq kollektivə təqdim edilib.
Qeyd edək ki, 58 yaşlı sənətçi "Bülbüllər" qrupunun yaradıcısı, Sənət Akademiyasının təsisçisi və rəhbəri, Türk Ağsaqqalları İctimai Birliyinin Mədəniyyət Komitəsinin sədridir.
Oxşar xəbərlər
Tünzalə Ağayeva Xorvatiyada "Azərbaycan musiqisi gecəsi"ndə çıxış etdi
Xorvatiyanın paytaxtı Zaqreb şəhərində "Azərbaycan musiqisi gecəsi" təşkil olunub. Vatroslav Lisinski Konsert Kompleksində keçirilən gecədə tanınmış Azərbaycan...