Ayan həbsxanada cəza çəkən Fədayə Laçını belə yad etdi - VİDEO
21
apr
2018
14:20
Artıq neçə ildir Türkiyəyə yerləşərək səhnədən uzaq düşən Ayan Babakişiyeva həbsxanada cəza çəkən Fədayə Laçıını yad edib.BAKU.WS -in məlumatına görə, ifaçı İnstagram səhifəsində həmkarının repertuarından “Nə sən bildin, nə mən bildim əzizim” mahnısından bir parça ifa edərək bu sözləri yazıb: “Bilmirəm nədən, amma içimdən gəldi ifa etmək. Niyə bu mahnı deyə soruşsanız, onu da bilmirəm. Bir onu deyə bilərəm ki, Fədayə Laçın çox gözəl sənətkardı. Musiqini sevən insanın qəlbi heç vaxt pisliklərlə dolu olmaz. Darıxdım lap oxumaq üçün. Vallah içimdən gəldi, oxudum. Sadəcə Ayan kimi…” Xatırladaq ki, Fədayə Laçın ötən ilin oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.Müğənni qaçan məhbuslardan "Qoca" ləqəbli Etibar Məmmədovun yanında olub. BAKU.WS
Oxşar xəbərlər
Fədayə Laçınla bağlı pis xəbər: Məhkəmə qərar verdi
Xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən müğənni Fədayə Laçın və digərlərinin həbs müddəti uzadılıb.BAKU.WS-in APA-ya istinadən verdiyi məl...