Fədaya Laçın qaçan məhbusun sevgilisi çıxdı: FAKTLAR, STATUSLAR

Fədaya Laçın qaçan məhbusun sevgilisi çıxdı: FAKTLAR, STATUSLAR
Şou-biznes 15457
Oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirli bilinərək həbs edilən Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) ilə bağlı yeni faktlar üzə çıxıb."Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, müğənni Fədayə Laçın bir neçə il əvvəldən bəri qaçan məhbuslardan biri ilə sevgili həyatı yaşayırmış. Müğənni tez-tez sevgilisi olan məhbusla həbsxanada görüşürmüş. Hətta, Fədaya Laçın qatarda da məhbus sevgilisinin ziyarətinə gedibmiş."Qaynarinfo"-nun verdiyi məlumata görə, onun həbsdən öncə sosial şəbəkələrdəki status və paylaşımları da bu konteksdə xüsusi diqqət çəkərək, fərqli məna kəsb etməyə başlayıb.Xatırladaq ki, Fədayə Laçın oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. O, həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.Onu da bildirək ki, Əli Ağami və "Qoca” ləqəbli digər məhbus oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə gətiriləndə qaçıblar.Belə ki, müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.Məhbuslardan Əli Ağami isə iki gün əvvəl Şirvan şəhərində tutulub.BAKU.WS

Son xəbərlər