Müğənni Fədayə Laçın kriminal avtoritetlərə kömək etdiyinə görə həbs edildi

30
okt
2017
15:26
Azərbaycanda tanınmış xanım müğənni həbs edilib.BAKU.WS-in APA-ya istinadla məlumatına görə, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.F.Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.Qeyd edək ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.BAKU.WS
Oxşar xəbərlər
Qaçan "avtoritet"lərdən biri tutuldu (RƏSMİ)
Bir neçə gün əvvəl qaçan məhbuslardan biri Şirvan şəhərində tutulub.BAKU.WS-in məlumatına görə, bu barədə Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin...
