Qaçan "avtoritet"lərdən biri tutuldu (RƏSMİ)

Qaçan avtoritetlərdən biri tutuldu (RƏSMİ)
Hadisə 7107
Bir neçə gün əvvəl qaçan məhbuslardan biri Şirvan şəhərində tutulub.BAKU.WS-in məlumatına görə, bu barədə Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilib.Qeyd olunur ki, bu gün Penitensiar Xidmət tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23.10.2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış Azərbaycan Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib."Digər təqsirləndirilən şəxs Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir", - deyə, məlumatda bildirilib.BAKU.WS

Son xəbərlər