Qaçan avtoritetlərin tutulması üçün postlar quruldu

24
okt
2017
22:54
Dünən Lənkərandan Bakıya gələn qatardakı xüsusi təyinatlı vaqondan qaçan 2 məhbusun tutulması istiqamətində işlər davam etdirilir.BAKU.WS lent.az-a istinadən bildirir ki, polis orqanları kriminal aləmə yaxın olan Şirvan sakini Əli Ağami ilə Hacıqabul rayon sakini, "Qoca" ləqəbli Etibar Məmmədovun yaxalanması üçün səfərbər olub. Dünən hər iki şəhərdə polis postları qurulub. Əməliyyat-axtarış tədbirləri gücləndirilmiş rejimdə həyata keçirilir.Hacıqabul rayon Polis Şöbəsindən bildirilib ki, lazım olan bütün tədbirlər həyata keçirilir.Qeyd edək ki, hər iki şəxsin yaxınları qeyd edilən şəhərlərdə yaşayır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda generalın bacısı oğlu saxlanıldı
Bakıda məhbusların qaçması faktı ilə bağlı istintaqa cəlb edilən şəxslərdən biri - qarovul rəisi Ceyhun Səmədov Penitensiar Xidmətin rəis müavini, ədliyyə gener...
