Azərbaycanda həbsxanaya aparılarkən qaçan "avtoritet"in FOTOLARI yayıldı
23
okt
2017
11:31
Şirvan şəhərinə aparılarkən qaçan məhkumlardan biri, Əli Ağami kriminal aləmə yaxın şəxsdir.BAKU.WS Qafqazinfo-ya istinadən xəbər verir ki, o və qardaşı Zaur Ağami “Masallı Mamed”lə “Qoca” ləqəbli Etibar Hacıqabulinskinin qruplaşmasına daxil olub.Ə.Ağami isə 2015-ci il noyabrın 5-də Şirvanda keçirilən mübahisədən sonra saxlanılıb. Həmin görüşdə “Kritoy Elvin” kimi tanınan Elvin Nəciyev Zaur Sarıbalayevi güllələyərək öldürüb. Elə həmin görüşdə Əli Ağami Elvin Nəciyevi güllələyib, o da xəstəxanaya aparılarkən vəfat edib. O, ikinci pasportla sərhədi keçməyə cəhd edib. Belə ki, Ə.Ağami həm də “Abdulla” kimi tanınır. Bir pasportda o “Ağami Əli Rasim oğlu” kimi, digər pasportda isə “Hüseynov Abdulla Rasim oğlu” kimi qeydiyyata alınıb.Ə.Ağami ölkədən çıxarkən saxlanılıb.Həmin hadisədən 2 gün öncə isə Ə.Ağaminin qardaşı Zaur Ağami təqib olunaraq qəzaya salınıb və orada ölüb.BAKU.WS
Oxşar xəbərlər
Bakıda qatardan qaçan məhkumlardan biri məşhur "avtoritet"dir
Xəbər verdiyimiz kimi, Bakıdan Şirvana etap olunan məhkumlardan ikisi qaçıb. Qatardan qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 19...