Prezident DTX əməkdaşlarını təltif edib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
BAKU.WS-in məlumatına görə, sənədə əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı əməkdaşlarına general-mayor ali hərbi rütbəsi verilib:
polkovnik Rauf Rafiq oğlu Xələfova
polkovnik İlqar Əli oğlu Musayevə
polkovnik Sahib Novruz oğlu Nağıyevə
polkovnik Asif Mustafa oğlu Rüstəmova.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinin aşağıdakı əməkdaşları təltif ediliblər:
2-ci dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə:
Rzayev Ceyhun Fərzalı oğlu - general-mayor
3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə:
Ələkbərov Fazil Nəriman oğlu - general-mayor
Fərzəliyev Sultan Cavanşir oğlu - polkovnik
Usubov Mütəllim Məhiş oğlu - polkovnik
«Vətən uğrunda» medalı ilə:
Ağayev Ramil Ağami oğlu - mayor
Cəfərov Şəhruz Cəlaləddin oğlu - kapitan
Səfərov Fuad Vaqif oğlu - polkovnik
Süleymanov Elşən Müzəffər oğlu - mayor
«İgidliyə görə» medalı ilə:
Əlizadə Xəqani Sücayət oğlu - kiçik çavuş
Fərzəliyev Muradxan Arif oğlu - kapitan
Rəsulov Ramin Qabil oğlu - mayor
Yusifzadə Emin Elxan oğlu - kapitan
«Hərbi xidmətlərə görə» medalı ilə:
Bağırov Elnur Bəxtiyar oğlu - mayor
Bayramlı Elbrus Binəli oğlu - ədliyyə polkovnik-leytenantı
Həmzəyev Rəşad Firidun oğlu - polkovnik
Qasımov Səbuhi Vaqif oğlu - mayor
Məmmədov Madar İbrahim oğlu - kapitan
Məsimov Nazim Abbas oğlu – kapitan
Musayev Mehman Fikrət oğlu - polkovnik
Paşayev Elnur Elman oğlu - kapitan.
BAKU.WS
Oxşar xəbərlər
Prezident Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarını təltif edib - SİYAHI
Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, sənədə əsasən xidmə...