Bakıda qız üstündə "Lexsus"da iki qardaşı güllələyən şəxsə hökm oxundu

Bakıda qız üstündə Lexsusda iki qardaşı güllələyən şəxsə hökm oxundu
Hadisə 1758

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki qardaşı "Lexsus" avtomobilində güllələyərək qətlə yetirən Zaur Tərlanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS məlumat verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə Zaur Tərlanova hökm oxunub. Hökümə əsasən Zaur Tərlanov ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2014-cü il yanvarın  8-də saat 17 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib. Orada yaşayan Zaur Tərlanov aralarında yaranmış mübahisə zəminində həmin qəsəbə sakinləri Cavid və Cahid Rəhimov qardaşlarını öldürüb. Z.Tərlanov Sahil qəsəbəsinin girişində, yolun kənarında dayanmış "Lexus” markalı avtomobilin içərisində oturan qardaşlara özünə məxsus "Vinçester” markalı odlu silahdan bir neçə dəfə atəş açaraq, onları qəsdən öldürüb hadisə yerindən qaçıb.

İlkin araşdırmalar zamanı hadisənin qız üstündə baş verdiyi bildirib.

Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov tutularaq istintaqa cəlb edilib.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda sabiq icra başçısı 8 il azadlıqdan məhrum edilib

Azərbaycanda sabiq icra başçısı 8 il azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qobustan rayonunun keçmiş icra başçısı Rafiq Alışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına...

2781 Hadisə 13:45 20 aprel 2016

Son xəbərlər