Avropa turuna çıxan, ABŞ, Qatar, İtaliyada istirahət edən AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Avropa turuna çıxan, ABŞ, Qatar, İtaliyada istirahət edən AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI
Foto
Şou-biznes 239

Yay mövsümü başlayandan azərbaycanlı məşhurlar müxətlif ölkələrə istirahətə gedirlər. Sadəcə bir ölkədə dincələn də var, bir neçə ölkəyə tura çıxanlar da...

BAKU.WS xəbər verir ki, bu dəfə məşhurlarımız istirahət üçün Qatar, Macarıstan, ABŞ, Avstriya, italiya, Monteneqro kimi ölkələri seçiblər. İndi isə gəlin görək kim, hansı ölkədə dincəlir?

Müğənni Fuad Musayev

Müğənni Fuad Musayev Avropa turuna çıxıb. O əvvəl Macarıstanın paytaxtı Budapeştə yollanıb. Daha sonra Avstriyaya. gedib. Oradan isə İtaliyaya yollanıb. O hazırda Napoli şəhərindədir. Orada gəmi turundan istifadə edir. 

Rəqqasə Fatimə Fətəliyeva

Rəqqasə Fatimə Fətəliyeva hazırda Qatardadır. O dohadan lentə alınan şəkilləri sosial şəbəkə izləyiciləri ilə bölüşüb. 

Müğənni Yeganə Mürsəlova

Müğənni Yeganə Mürsəlova oğlu Ömərlə birlikdə Türkiyəyə yollanıb. Sənətçi övladı ilə birlikdə orada istirahət edir. O istirahətindən olan fotonu sosial şəbəkədə paylaşıb. 

Xalq artisti Məleykə Əsədova

Xalq artisti Məleykə Əsədova insanlar üçün müalicəvi olan sanatoriyaya üz tutub. O hazırda sanatoriyada dincəlir. 

Aktrisa bu barədə sosial şəbəkə hesabında görüntülər paylaşıb. 

Müğənni Mina Hüseyn

Müğənni Mina Hüseyn həmkarlarından fərqli olaraq istirahətini Bakıda keçirir. O paytaxtdakı məkanlardan birində dincəlib. Bu barədə sənətçi sosial şəbəkədə bildirib. 

Əməkdar artist Dilarə Əliyeva

Dilarə Əliyeva hazırda Türkiyədədir. O istirahət etmək üçün Kuşadasına üz tutub. Aktrisa orada təbiət mənzərəli, geniş və rahat otellərdən birini seçib. 

Aparıcı Fəxriyyə Lilpar

Aparıcı Fəxriyyə Lilpar dincəlmək üçün bölgələrimizdən birini seçib. O hazırda rayonlardan birində isrtirahə edir. Aparıcı bu barədə sosial şəbəkə hesabında bildirib. 

Müğənni İlkin Fuad

Müğənni İlkin Fuad əvvəl Ölü dənizdə istirahət edib. O bunu əks etdirən görüntüləri sosial şəbəkədə paylaşıb. Daha sonra ifaçı Manhettenə yollanıb. İfaçı hazırda orada dincəlir. 

Müğənni Lətifə Soyuöz

Müğənni Lətifə Soyuöz ailəsi ilə birlikdə Montenoqraya istirahətə yollanıb. Sənətçi oğlu Ariflə olan istirahət fotolarını sosial şəbəkə izləyiciləri ilə bülüşüb. O Kotor şəhərində olduğunu qeyd edib. 

Zöhrə Pənah

Son xəbərlər