"Arka Sokaklar"ın aktrisası 8 ildən sonra qayıdır
"Arka Sokaklar"ın aktrisası Qamze Özçelik uzun illərdən sonra ekranlara qayıdır.
BAKU.WS xəbər verir ki, o "TRT" kanalının beynəlxalq rəqəmsal platforması üçün hazırlanan "Operasyon Alesta" serialında baş rolu canlandıracaq.
Layihə yüksək büdcəsi ilə diqqət çəkir. Ekran işi Türkiyənin Milli Müdafiə Nazirliyi və Hərbi Dəniz Qüvvələri Komandanlığının dəstəyi ilə reallaşacaq.
Qamze Özçelik serialda Afrikada fəaliyyət göstərən türkiyəli mühəndis "Zeynep" obrazına həyat verəcək.
Uzun illərdir daha çox xeyriyyə fəaliyyəti ilə gündəmdə olan aktrisanın bu dönüşü kulislərdə ən çox müzakirə olunan mövzulardan biridir.
Serialın rejissoru Yunus Ozan Korkut, ssenari müəllifi isə Onur Böberdir. Çəkilişlərin yaxın günlərdə başlanacaq.
Cem Bender, Onur Seyit Yaran, Fırat Çelik və Aslıhan Güner kimi məşhur simalar da layihədə yer alacaq.
Qalereya
Oxşar xəbərlər
Məşhur rokçu 46 yaşında vəfat etdi
Türkiyəli rokçu Cem Öcal 46 yaşında vəfat edib. BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, o Bodrumda yerləşən evində dünyasını dəyişib. Bu barədə müğənn...