ANS-lə bağlı şad xəbər

ANS-lə bağlı şad xəbər
Şou-biznes 16995

Avqustun 18-də ANS-in bağlanmasının 1 ayı tamam olacaq. Gununsesi.info xəbər verir ki, ANS tekekanalının bu ayın 29-da açılacağı gözlənilir. Avqustun 29-u tarixinin isə təsadüfi seçilmədiyi deyilir. Həmin gün Azərbaycanın Milli Qəhrəmanı, kamerası ilə döyüşən jurnalist Çingiz Mustafayevin doğum günüdür. Məhz bu gündə Çingizin ruhunun dolaşdığı bir teleməkanın açılacağı ANS kollektivinə bir sevinc yaşadılacağı gözlənilir.

Xatırladaq ki, 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının qəbul etdiyi qərara əsasən "ANS Müstəqil Yayım və Media” Şirkətinin, həmçinin, telekanalla birlikdə "ANS ÇM” radiosunun fəaliyyəti dayandırılıb. Buna səbəb kimi ANS-in ABŞ-dakı əməkdaşının Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Güləndən müsahibə alaraq, həmin müsahibəni yerli və xarici KİV-lər vasitəsilə anons etdirməsi göstərilir. 

BAKU.WS

Oxşar xəbərlər

ANS yayımının dayandırılmasına görə MTRŞ-nı məhkəməyə verdi

ANS yayımının dayandırılmasına görə MTRŞ-nı məhkəməyə verdi

ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinə baxılacaq. APA-nın xəbərinə görə, şikayətə avqustun 10-da Bak...

1406 Hadisə 14:38 09 avqust 2016

Son xəbərlər