"Deyəcək sözümüz yoxdur" - ANS susdu

Deyəcək sözümüz yoxdur - ANS susdu
Hadisə 2643

 

Xəbər verdiyimiz kimi, bu gün Bakı Apellyasiya Məhkəməsində Ülvi Mayılovun sədrliyi ilə keçirilən iclasda ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub. ANS Müstəqil Yayım və Media Şirkətinin hüquqlarını müdafiə edən vəkil Ali Məhkəməyə şikayət edəcəklərini bildirib.

Məhkəmə qərarından sonar Milli Televiziya və Radio Şurasının (MTRŞ) hüquq şöbəsinin müdiri Nemət Cavadov bildirib ki, ANS Müstəqil Yayım və Media Şirkəti televiziyanın yayım lisenziyasının ləğvi ilə bağlı verilmiş məhkəmə qərarını aldığı vaxtdan 3 gün ərzində kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edə bilər.

Onun sözlərinə görə, lisenziya məhkəmə qərarı ilə ləğv edildiyi üçün ANS Müstəqil Yayım və Media Şirkəti lisenziya üçün MTRŞ-ya təkrar müraciət edə bilməz.

ANS-in qapadılması ictimaiyyət arasında birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə jurnalistlər, ölkənin tanınmış şəxsləri ANS-ə dəstək nümayiş etdirirlər.

AzVision.az-ın əməkdaşı ANS rəhbərliyi ilə əlaqə saxlayaraq telekanalın lizensiyasını ləğv edilməsinə münasibət öyrənməyə çalışıb. Mirşahin Ağayevə dəfələrlə zəng vursaq da, o telefonlara cavab verməyib. 

"ANS” Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov isə artıq bu haqda danışmaq istəmədiyini deyib. Hazırda məzuniyyətdə olduğunu deyən M.Məmmədov deyiləcək sözünün olmadığını vurğulayıb. 

ANS-in işçiləri sosial şəbəkələrdə kanalın yenidən açılacağı ilə bağlı ümidli olduqlarını qeyd ediblər.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS Müstəqil Yayım və Media Şirkətinin müvəqqəti bağlanması haqda qərar çıxarıb. 

MTRŞ qərarını ANS telekanalının ayrı-ayrı reportajlarında, müsahibələrdə Azərbaycan ictimaiyyətinə Türkiyədə baş verən hadisələrin "hakimiyyət tərəfindən təşkil edilən şou" olduğunu təlqin etməyə, Türkiyə hakimiyyətinin həyata keçirdiyi tədbirləri gözdən salmağa çalışdığını, həmçinin ANS-in ABŞ-dakı əməkdaşının Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətullah Güləndən müsahibə alıb, bu müsahibənin yerli və xarici KİV-lər vasitəsilə anons edilməsi ilə əsaslandırıb.

Şirkətin baş direktoru Mirşahin Ağayev buna görə, Türkiyə və Azərbaycan xalqından üzr istəyib: "Bizim əməkdaşımızın Fətullah Gülənin mətbuat konfransında iştirak etməsi belə həssas məqamda ciddi ehtiyatsızlıq idi və mən etiraf edirəm ki, bu addımın Azərbaycan və Türkiyə arasında belə böyük narahatlıq yaradacağını güman etməzdim. Bu ciddi xətadır və mən buna görə ANS rəhbərliyi adından Türkiyə və Azərbaycan xalqlarından üzr istəyirəm. Məncə, bizim ən böyük səhvimiz - Türkiyə pasportuna malik jurnalistlərin mətbuat konfransından kənarlaşdırılması zamanı onlarla həmrəylik nümayiş etdirərək tədbiri tərk etməməyimizdir”.

BAKU.WS

Oxşar xəbərlər

Məhkəmə qərar verdi: ANS bağlandı

Məhkəmə qərar verdi: ANS bağlandı

Bu gün Bakı Apellyasiya Məhkəməsində Milli Televiziya və Radio Şurasının ANS Müstəqil Yayım və Media Şirkətinin fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciət...

2065 Hadisə 12:16 29 iyul 2016

Son xəbərlər