Anar Nəcəfli efirə qayıtdı - VİDEO

Anar Nəcəfli efirə qayıtdı - VİDEO
Video
Şou-biznes 6932
Uzun müddətdir televiziyadan uzaqlaşan Anar Nəcəfli yenidən efirlərə qayıdıb. BAKU.WSxəbər verir ki, “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışan jurnalist 24 sentyabrdan hər axşam saat 20:00-da ARB TV-də xəbərlər proqramını təqdim edəcək. Anar Nəcəfli efirə qayıtması ilə bağlı açıpqlama verib: "Əziz dostlar, mənə göstərdiyiniz diqqət, sevgi və çoxsaylı təbriklərinizə görə hər birinizə təşəkkür edirəm.Qeyd edim ki, mən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsindən ayrılmamışam və işimə davam edirəm. Sadəcə olaraq bundan sonra əsas işimlə paralel olaraq həm də, ARB Tv-nin əsas xəbər buraxılışının aparıcısı olaraq da fəaliyyətimi davam etdirəcəm.Bununla əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinə, şəxsən Agentliyin İdarə heyətinin sədri Saleh Məmmədova, İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsində qalaraq həm də ARB Tv-nin Xəbər aparıcısı kimi fəaliyyət göstərməyimə razılıq verdiyi üçün minnətdarlığımı bildirirəm. ARB Tv-nin rəbərliyinə isə mənə etimad göstərib uzun ildən sonra yenidən efirə qayıtmağıma şərait yaratdığı üçün təşəkkür edirəm.Bundan sonra da çalışacam ki, həm təmsil etdiyim qurumun ictimaiyyətlə əlaqələrinin müsbət istiqamətdə inişaf etdirilməsində əlimdən gələni etməyə davam edim, həm də xəbər aparıcısı olaraq mənə göstərilən etimadı doğruldum.Bir daha hər kəsə təşəkkür edirəm! Var olun!Zülfiyyə QurbanovaBAKU.WS

Oxşar xəbərlər

Sürücülər bu yolda diqqətli olsunlar!

Sürücülər bu yolda diqqətli olsunlar!

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 15-45-ci km-lik...

1087 Sosial 11:59 19 iyul 2018

Son xəbərlər