Bakının qarlı yollarında yaşlı qadınların işləməsi ilə bağlı rəsmi açıqlama
"Azəryolservis" ASC Bakıda qarlı yolların yaşlı qadınlar vasitəsilə təmizlənməsi iddiasına münasibət bildirib.
BAKU.WS-in məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bəzi xəbər saytlarında yolları qardan təmizləyən qadınların şəkillərini paylaşaraq heç bir aydınlaşdırma aparmadan nədənsə "Azəryolservis" ASC-nin yolların qardan təmizlənməsi üçün ayrılan texnika, maşın-mexanizmlərin sayı ilə bağlı yaydığı statistik məlumatları müqayisə etdiklərini bildirib.
"Bir daha deyirəm ki, "Azəryolservis" ASC-nin balansında olduğu yolların qardan təmizlənməsi üçün kifayət qədər texnikası və kişi işçisi var. Yolların qardan təmizlənməsi üçün "Azəryolservis" ASC işçi qüvvəsi olaraq qadınlardan istifadə etmir!”, - deyə Anar Nəcəfli bildirib.
BAKU.WS
Oxşar xəbərlər
Sürücülərə qar xəbərdarlığı
"Hal-hazırda respublikanın avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmur". Bu barədə "Azəryolservis” ASC-dən...