Mikayıl Müşfiqin abidəsi dağıdıldı (FOTO)

Mikayıl Müşfiqin abidəsi dağıdıldı (FOTO)
Hadisə 2275

 

"Azəryolservis” ASC Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmadan görkəmli Azərbaycan şairi Mikayıl Müşviqin Bakıdakı abidəsini dağıdıb.

BAKU.WS-in xəbərinə görə, bu haqda virtualaz.org-a Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yanında mədəni irsin mühafizəsi, inkişafı və bərpası üzrə Dövlət xidmətinin rəhbəri Zakir Sultanov məlumat verib.

Bundan başqa, vandalizm aktı Mədəniyyət Nazirliyi tərəfindən qadağalara baxmayaraq törədilib.

"Abidəni hər hansı icazə olmadan dağıdıblar. Bu hiddət doğuran hadisə ilə əlaqədar biz məhkəmə instansiyalarına müraciət etmək niyyətindəyik", - deyə o vurğulayıb

Qeyd edək ki, bir müddət əvvəl BAKU.WS redaksıyasından "Azəryolservis” ASC-nin mətbuat katıbı Anar Nəcəfli ilə əlaqə saxlayaraq Mikayıl Müşfiqin heykəlinin aqibəti ilə maraqlanmışdıq. Anar müəllim bizə ehtiyac yarandıqda heykəlin digər yerə köçürüləcəyini bildirmişdi. 

Arzu Mirzəyeva

BAKU.WS

Son xəbərlər