Anar Heybətov: "Rəşad istəmirdi ki, dostları onun xəstəliyini bilib narahat olsunlar"
"Biz onun xəstəliyi barədə məlumatlı idik. Sadəcə istəmirdi daha çox dostları bilsin və ona görə narahat olsunlar".
Bu sözləri BAKU.WS-ə açıqlamasında gənc hənkarı Rəşadın vəfatından danışan Əməkdar artist Anar Heybətov bildirib.
O bu xəbəri eşidəndən bəri hüznləndiyini vurğulayıb:
"Çox gülərüz, istedadlı və mehriban insan idi. Bayaqdan digər dostları da mən də böyük hüzn yaşayırıq. Rəşadla filmlərdə yox əsasən tamaşalarda oyanmışıq. Adlarını da çəkə bilərdim amma indi bu xəbər məni o qədər sarsıtdı ki, heç birini xatırlamıram".
Xatırladaq ki, Rəşad Bəxtiyarov uzun sürən xəstəlikdən sonra şəxsi bu gün mənzilində dünyasını dəyişib.
O Akademik Milli Dram Teatrının aktyoru və Prezident mükafatçısıdır.
Oxşar xəbərlər
Sahib İbrahimov ilk dəfə efirə qardaşı ilə çıxdı
Əməkdar artist Sahib İbrahimov ilk dəfə canlı efirə qardaşı Qərib İbrahimovla çıxıb. BAKU.WS xəbər verir ki, onlar "Qonaqcanlı" efirinə dəvət olunublar. Veril...