Şamaxıya qar yağdı (FOTO)

Şamaxıya qar yağdı (FOTO)
Şou-biznes 2347
Yanvarın 10-da gecə saatlarından başlayaraq Şamaxıya qar yağır. Müvafiq strukturlar gücləndirilmiş iş rejiminə keçib. Yolların qardan təmizlənməsinə lazımi qədər texnika və işçi qüvvəsi cəlb olunub.Rayon icra hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova bildirib ki, qarın yağması daha çox bölgənin şimal dağlıq hissəsində - Dəmirçi, Pirqulu, Nağaraxana, Çuxuryurd, Əngəxaran, Məlhəm və digər ərazilərində intensiv hal alıb. Günortayadək bu yerlər tamamilə ağ örpəyə bürünüb. Bəzi ərazilərdə qarın qalınlığı 5-7 santimetrə çatıb.Axşamüstünədək elektrik enerjisində heç bir fasilə olmayıb. Məktəblər normal istiliklə təmin edilib.AZƏRTACBAKU.WS

Oxşar xəbərlər

Azərbaycana yağan 30 sm qar sürücülərə çətin anlar yaşatdı - (VİDEO)

Azərbaycana yağan 30 sm qar sürücülərə çətin anlar yaşatdı - (VİDEO)

Ötən gündən şimal-qərb bölgəsinə yağan qar Şamaxıda 5 sm, Pirqulu, Çuxuryurd, Nağaraxana və digər kəndlərdə 20 sm, Şamaxının ən ucqar dağ kəndi Zaratxeybərdə is...

2773 Sosial 11:10 09 dekabr 2017

Son xəbərlər