Yollardakı son vəziyyət açıqlandı

Hazırda respublikanın avtomobil yolarında, o cümlədən Bakı şəhərinin küçə və prospektlərində nəqliyyatın fasiləsiz hərəkəti təmin olunub.
"Azəryolservis" ASC-dən BAKU.WS-ə verilən məlumata görə, yolların qardan təmizlənməsi, buzlaşmış ərazilərə duz, qum səpilməsi məqsədi ilə "Azəryolservis" ASC-nin texnika, maşın-mexanizmləri səfərbər olunaraq gücləndirilmiş iş rejimində çalışırlar.
Dağlıq ərazilərdə hələ də qarın yağması davam etdiyindən və güclü şaxta olduğundan yollarda nəqliyyatın təmin olunmuş normal hərəkətinin fasiləsizliyini saxlamaq məqsədi ilə dayanmadan işlər davam etdirilir.
BAKU.WS

Oxşar xəbərlər
Bakının qarlı yollarında yaşlı qadınların işləməsi ilə bağlı rəsmi açıqlama
"Azəryolservis" ASC Bakıda qarlı yolların yaşlı qadınlar vasitəsilə təmizlənməsi iddiasına münasibət bildirib. BAKU.WS-in məlumatına görə, qurumun mətbuat xid...