Cənub bölgəsinə 45 sm qar yağıb - VİDEO
Cənub bölgəsində bütün rayonlarda güclü qar yağıb. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, düşən qarın qalınlığı Lənkəran, Astara, Masallıda 10-15, Lerik və Yardımlıda 35-45 sm təşkil edib.
Bəzi qurumlar fasiləsiz iş rejiminə keçib. Yolların qardan təmizlənməsi üçün ağır texnika və canlı qüvvə gecə saat 3:00 radələrindən səfərbər olunub. Sürücülərin rahat və maneəsiz hərəkət etməsi üçün şəhər ərazisində yolların mütəmadi qardan təmizlənməsi davam etdirilir. Şaxtalı günlərdə yolların buz bağlaması nəzərə alınaraq tonlarla qum və duz tədarükü görülüb.
Fövqəladə Hallar Komissiyasının sədr müavini Möhübbət Babayev ortaya çıxan problemlərin qısa müddətdə həll edildiyini bildirib: "Uzaq dağ kəndlərimizə aparan yollarda ağır texnika işləyir, qaz verilişində problem yoxdur, işıqla bağlı bəzi ucqar dağ kəndlərində problem baş verdikdə briqada ora çıxır, problemi həll edir".
Hidrometeoroloqlar isə xəbərdarlıq edir ki, temperatur dağlıq ərazilərdə mənfi 10 dərəcəyə qədər aşağı düşəcək. Lənkəran Hidrometeoroloji Müəssisəsinin direktoru Cavid Hüseynovun sözlərinə görə, qarın əriməsi nəticəsində qarşıdakı günlərdə çaylarda suyun səviyyəsinin qalxması gözlənilir: "Qarlı hava şəraiti fevral ayının 14-ü gündüz saatlarında nisbətən səngiyəcək, 15-də bölgəmizdə yağıntısız hava şəraiti gözlənilsə də, 15-i axşam saatlarından qeyri-sabit hava şəraiti olacaq və 17-nə qədər davam edəcək".
Qeyd edək ki, hazırda bölgədə qarlı hava şəraiti davam edir.
BAKU.WS
Oxşar xəbərlər
Qar rayonlarda fəsadlara səbəb oldu: elektrik dirəkləri aşıb, naqillər qırılıb
Ötən gün axşam saatlarından başlayaraq Şamaxı, İsmayıllı, Ağsu, Qəbələ və Göyçay rayonlarına güclü qar yağıb, ucqar kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəs...