Alla Puqaçovanın ABŞ-dəki gizli evi üzə çıxdı - VİDEO

Rusiyalı tanınmış müğənni Alla Puqaçovanın hamıdan gizlətdiyi ABŞ-dəki daşınmaz əmlakı üzə çıxıb.
BAKU.WS xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Məlumata görə, sənətçi Florida ştatında yerləşən "Majestic Tower" göydələnində mənzil alıb.
Puqaçovanın mülkü Mayami şəhərinin elit "Bal Harbor" bölgəsində yerləşir. Malikanədə spa və fitness mərkəzləri, tennis kortu və qızdırılan hovuz var.
Prodüser Leonid Dzyunikin sözlərinə görə, mənzil hazırda müğənninin nəvəsi Nikita Presnyakova məxsusdur. O, mənzili anasının keçmiş ərindən alıb. Qızı Kristina Orbakaite də öz növbəsində mənzili Puqaçovadan alaraq ərinə satıbmış.
Puqaçovanın Mayamidə yalnız ona məxsus olan başqa bir mənzili də var. Mənbə bildirib ki, o, Brikell prospektində yerləşir.
Oxşar xəbərlər
Puqaçovanın Tverə niyə gəldiyi məlum olub
Alla Puqaçovanın Tver vilayətinə niyə səfər etdiyi məlum olub. BAKU.WS Rusiya mediasına istinadən xəbər verir ki, iddialara görə, Puqaçova mahnısını Tverdəki “...
