Alla Puqaçovanın qadağan olunmuş klipi 35 ildən sonra efirə verildi - VİDEO
15
apr
2019
13:45
SSRİ-nin və Rusiyanın xalq artisti Alla Puqaçovanın 1984-cü ildə dövlət tərəfindən qadağan edilmiş "Aysberq" klipi efirdə yayımlanıb.BAKU.WS xəbər verir ki, sözügedən klipdə Primadonna xizək sürərək mahnı oxuyur və klipin sonuna yaxın xizəyin üzərinə uzanır. Məhz bu görüntülər hökumətin xoşuna gəlməyib və kadrları vulqar adlandırıblar. Bu səbəbdən klip Leninqrad televiziyasında premyeradan sonra efirlərdən yığışılıb.Rusiya Dövlət Teleradio Fondu uzun müddətdən sonra klipi keyfiyyətsiz halda tapıb və Alla Puqaçovanın 70 illik yubileyi ərəfəsində efirdə nümayiş etdirilib.AyselBAKU.WS
Oxşar xəbərlər
Fidan Hacıyeva "Million alıx roz"u Azərbaycan dilində oxudu - VİDEO
Xalq artisti, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Fidan Hacıyeva yeni mahnısını təqdim edib. BAKU.WS-in məlumatına görə, ifaçı Latviya və keçmiş...