Adnan Oktardan “Kedicik”lərinə qarşı ŞOK İDDİA – “Onlar 50 min qarşılığında ...” – VİDEO
10
sen
2018
13:15
Türkiyədə “Adnan Hoca” adı ilə tanınan, özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktarın həbs ediləndən sonra ilk açıqlamasını verib.BAKU.WS “Star” qəzetinə istinadən xəbər verir ki, A.Oktar qəzetin Ersoy Dede adlı tanınmış jurnalistinə 4 səhifəlik məktub yazıb.
Edirne Qapalı Həbsxanasında məhkum olan A.Oktar yazdığı məktubda günahsız olduğunu və bəzi “Kedicik”lərinin toruna düşdüyünü yazıb. Qeyd edək ki, Ersoy Dede A.Oktardan ən çox tənqidi yazan müxbirdir. Bu səbəbdən də, “Adnan Hoca” ona məktub yazıb.
“Mən tamamən günahsızam. Məqsədim sevgi, xoş günlər və insanlığı təbliğ etmək olub. İndi kimlərsə məni şantaj edirlər. “Kedicik”lər 50 min lirə qarşılığında mənə şər atırlar və şahidlik edirlər. Onlar mənə qarşı iddialar səsləndirirlər”, - deyə A.Oktar bildirib. Cavid BabayevBAKU.WS
Oxşar xəbərlər
Adnan Oktarın qardaşından ŞOK SÖZLƏR – Xanım aparıcı ƏSƏBLƏŞDİ - VİDEO
Türkiyədə “Adnan Hoca” adı ilə tanınan, özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktarın qardaşı yenidən danışıb. BAKU.WS xəbər verir ki, “Kanal D” telekanalı y...