ABŞ "stres çarxları" ilə bağlı xəbərdarlıq etdi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-ın kütləvi istehlak mallarının sertifikatlaşdırılması ilə məşğul olan dövlət qurumu spinnerlərin zərərləri barədə rəsmi bəyanat yayıb.
BAKU.WS-in lent.az-a istinadən verdiyi məlumata görə, qurumun saytında yerləşdirilən bəyanatda satıcılara və alıcılara xəbərdarlıq edilir. Bildirilir ki, plastik və metal spinnerlər bəzən parçalanıb dağılır və kiçik uşaqların bu hissələri udması təhlükəsi var. Komissiya spinnerləri ağıza almamağı da tövsiyə edib.
Batareyalı spinnerlər isə şarj zamanı partlaya bilər, ona görə də komissiya yalnız cihazla birlikdə satılan orijinal naqillərdən istifadə etməyi məsləhət görür.
Qeyd edək ki, son vaxtlar spinnerlər bütün dünyada, xüsusən uşaqlar arasında xeyli populyarlaşıb.
BAKU.WS
Oxşar xəbərlər
Baş həkim kütləvi zəhərlənmədən danışdı: “Uşaqların əksəriyyəti…”
Sumqayıt şəhərində və ətraf qəsəbələrdə baş vermiş kütləvi zəhərlənmə ilə bağlı xəstəxanaya yerləşdirilmiş uşaqların əksəriyyəti evə buraxılıb. Bu barədə Lent...