Azərbaycanda trend olan "spinner" stressi azaldır? (VİDEO)

Azərbaycanda trend olan spinner stressi azaldır? (VİDEO)
Video
Video 1544

 

Son zamanlarda dünya ölkələri ilə yanaşı Azərbaycanda da "stress çarxı" adlanan oyuncaq trend halına gəlib. Bir çox ölkələrdə demək olar ki, insanlar əl-əl bu oyuncağı axtarır. Belə hesab olunur ki, bu oyuncaq stresi azaldır, insanı sakitləşdirir. Bu həqiqətənmi belədirmi? Əməkdaşlarımız araşdırmağa çalışıb.

Adı spinnerdir, stress çarxı da deyirlər. Son vaxtlarda uşaqdan böyüyə hər kəsin əlində görmək mümkündür.

Deyilənə görə bu oyuncaq stress və həyəcanı dəf etməyə kömək edir.

İnternetdə bu oyuncaq haqda yazılarda bildirilir ki, stress çarxı həm barmaqların hərəkətliliyini, həm də beynin fəaliyyətini yaxşılaşdırmağa kömək edir. Dırnaq yemə, barmaq xırçıldatma kimi vərdişlərdən azad olmağa kömək edir.

Spinnerlər müxtəlif qiymətə satılır. İndi demək olar ki, bütün oyuncaq mağazaları və dəftərxanalarda ən çox satılanlar arasındadır.

Psixoloqlar isə deyir ki, bu oyuncağa əyləncə kimi yanaşmaq daha məqsədə uyğundur, nəinki stress atmaq üçün. Çünki çox istifadə fəsadlar da verə bilər.

Buna görə də valideynlər uşaqlarının spinnerlə daha çox vaxt keçirməsinə yol verməsinlər.

BAKU.WS

Oxşar xəbərlər

Saçlar niyə vaxtından tez ağarır?

Saçlar niyə vaxtından tez ağarır?

Bir çox xanımlar saçların ağarmasını qocalma prosesinin bir siqnalı kimi qəbul edirlər. Bu həqiqətən belədirmi? BAKU.WS xəbər verir ki, bu təbii proses olduğu...

1670 Şou-biznes 15:14 24 noyabr 2016

Son xəbərlər