Baş həkim kütləvi zəhərlənmədən danışdı: “Uşaqların əksəriyyəti…”

Baş həkim kütləvi zəhərlənmədən danışdı: “Uşaqların əksəriyyəti…”
Hadisə 4617

 

Sumqayıt şəhərində və ətraf qəsəbələrdə baş vermiş kütləvi zəhərlənmə ilə bağlı xəstəxanaya yerləşdirilmiş uşaqların əksəriyyəti evə buraxılıb.

Bu barədə Lent.az-a Sumqayıt şəhər Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədli məlumat verib. O bildirib ki, vəziyyət nəzarət altındadır: "Uşaqların əksəriyyəti evə yazılıb. Yeni gələnlər də artıq yoxdur. Lazım olan bütün yardımlar göstərilir və xəstəxanadakı uşaqların hamısının vəziyyəti stabildir. Narahatlığa əsas yoxdur”.

Qeyd edək ki, xəstəxanaya gətirilən uşaqların hamısı Şollardan gələn yeraltı kanal vasitəsi ilə içməli su ilə təchiz edilmiş evlərdə yaşayır. Ehtimal edilir ki, su kanalına kənar su qarışıb.

BAKU.WS

Son xəbərlər