İki dövlət qurumu ləğv olunur - Komissiya yaradıldı

İki dövlət qurumu ləğv olunur - Komissiya yaradıldı
Sosial 6011
 

Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb.

Bu barədə BAKU.WS-ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat veilib. Məlumata görə, DİM dövlət qeydiyyatına alındığı üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ləğv edilməsi istiqamətində Ləğvetmə Komissiyası yaradılacaq. 

DİM-in yeni saytı –dim.gov.az da istifadəyə verilib. http://dim.gov.az/

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev aprelin 11-də Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Fərmanda müəyyən edilib ki, DİM dövlət qeydiyyatına alındığı andan DQMK və TQDK ləğv edilir, onların istifadəsində olan dövlət əmlakı DİM-in balansına verilir.

ƏLİ 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər