Məleykə Abbaszadə: "Bu il keçiriləcək imtahanlarda heç bir yenilik olmayacaq"
"Bu il keçiriləcək imtahanlarda heç bir yenilik olmayacaq”.
BAKU.WS məlumat verir ki, bunu ANS-in «Hesabat» verilişinə müsahibəsində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib:
"Cənab prezidentin də fərmanında qeyd olunub ki, DİM dövlət qeydiyyatına alınana qədər iki təşkilat öz fəaliyyətini, vətəndaşlara göstərdikləri xidməti davam etdirəcək. Yüz minlərlə insana xidmət göstərdiyimizi nəzərə alsaq, imtahan verən şəxslər hansı yeniliklərlə qarşılaşacaqları ilə maraqlanırlar. Bu il onlar üçün heç bir yenilik olmayacaq",- deyə o bildirib.
Məleykə Abbaszadə onu da qeyd edib ki, mərkəz paralel olaraq inteqrasiya proseslərini də başlamalıdır:
"Çünki DİM-də yüksək texnologiyalardan istifadə edən iki idarə birləşib. Mərkəz dövlət qeydiyyatından keçəndən sonra hansı departamentlərin qalacağı, hansıların birləşəcəyi məlum olacaq. İşçilər arasında müəyyən ixtisarlar da ola bilər. Eyni paralel işi həyata keçirən insanlar ola bilsin, ixtisar edilsin".
Qeyd edək ki, bu il aprelin 12-də prezident İlham Əliyevin fərmanına əsasən, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs yaradılıb. Bu qurum Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın bazası əsasında formalaşır.
BAKU.WS
Oxşar xəbərlər
Prezidentdən yeni yaradılan quruma təyinatlar (SƏRƏNCAM)
Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədrinin müavinləri təyin olunub. Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama ə...