SİZİN REKLAM BURADA!
055 213 76 73


"Mən elə bir ailənin, elə bir kişinin qızıyam ki, heç vaxt efirə zəng edib söyüş söymərəm. Heç vaxt!" Bu sözlər bir müddət əvvəl söyüşü ilə gündəmi zəbt edən Xalq artisti Afaq Bəşirqızına məxsusdur.

BAKU.WS xəbər verir ki, aktrisa Murad Arifin İTV-də yayımlanan "Popumuz var" layihəsində məsələyə ətraflı aydınlıq gətirib.

Bəşirqızı sözügedən səs yazısının məqsədli şəkildə yayıldığını bildirib:

“Mən atasız-anasız böyümüşəm. Qoca bir nənənin himayəsində böyümüşəm. Mən həmişə həyatda özüm-özümü müdafiə etmişəm. Yeri gələndə elə söyürəm ki... Özü də heç vaxt qadın söyüşü söymürəm. Mən həmişə aktyorları müdafiə etmişəm. İnsanları da, aktyorları da. Və mən demişdim, aktyorlara dəyməyin, onları tənqid etməyin, ələ salmayın, incitməyin. Mən o aktrisanın adını etika naminə çəkməyəcəm. Və onu elə bir vəziyyətə gətirib saldılar ki, bunun əqli cəhətdən problemi bilindi. Bu aktrisa 3 000-ə yaxın maaş alır - Prezident təqaüdü, maaşı, əmək pensiyası, Xalq artistliyinə görə aldığı 150 manat. Bu deyəndə ki, çörək mağazasına borcluyam, mən çox əsəbiləşdim.

Mənim televizorumda reklam getdi, Elgizi yığdım. Mənim ərkim çatır. Mənim 18, 22, 25 yaşım yoxdur, mənim 65 yaşım var. Mən bir böyük kimi zəng etdim, həqiqətən də buna öz iradımı bildirdim, özü də pis bildirdim. Elgiz dedi ki, canlı yayımdayıq. O dəqiqə sözümə normal şəkildə davam etdim. Efirdən sonra dedim ki, Elgiz, qurban gözlərinə, mən başa düşə bilmədim, məndə reklam gedirdi, mən də bu süjeti gördüm, bildim ki, bu, sənin tərbiyənə uyğun bir şey deyil. Mən onu danladım, keçdi getdi.

ARB-də o səs heç bir studiyada eşidilməmişdi. Orada oturan adamların heç biri o sözü eşitməmişdi. Elgiz birinci gündən dedi ki, Afaq xanım, bu, studiyada bilinmədi.

Lakin bir nəfər deyib ki, mənim pula ehtiyacım var, belə bir şey olub, o səs yazısı ancaq məndədir. Almışdılar, satmışdı. Bacısının böyrək məsələsi üzə çıxdı və s. Gətirdilər mənim qabağıma düzdülər onları. Apar bunları ver məhkəməyə, tutdur. Mən bunu edərəm? Bu, qurulma bir şey idi”.

BAKU.WS
VİDEO