Türkiyədə yaşayan azərbaycanlı model sevgilisini polisə şikayət etdi

Model Günay Musayeva və keçmiş sevgilisi, iş adamı Taha Tatlıcı arasında qalmaqal bitmir.
BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, bundan əvvəl də şiddət məlumatları ilə gündəmə gələn cütlük yenidən polis bölməsinə yollanıb.
Məlumatda bildirilib ki, Günay Tahanın onu döydüyü və təhdid etdiyini söyləyərək şikayət ərizəsi yazıb. Model sevgilisi haqqında 1 aylıq uzaqlaşdırma qərarı çıxartdırıb. Tatlıcı isə 1 ay başa çatan kimi yenidən Günayın evinə yollanıb.
Musayeva isə qapını döyən və onu təhdid edən Tahadan xilas olmaq üçün qonşulardan yardım istəyib. Gizlicə evdən çıxan model polisə gedib. O, iş adamına qarşı şikayət ərizəsi yazıb. Polis qərarı ilə Taha yenidən Günayın ətrafından uzaqlaşdırılıb.
Qeyd edək ki, bundan əvvəl də Taha Tatlıcının Günay və oğluna şiddət göstərdiyi xəbərləri yayılmışdı. Günay aktyor Tolqa Karellə ailəli olub. Cütlük 2015-ci ildə boşanıb.
Oxşar xəbərlər
8 aylıq sevgilisindən ayrılan Günay kövrəldi: "Çox çətindir..." (VİDEO)
Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva 8 aylıq sevgilisindən ayrılıb. BAKU.WS xəbər verir ki, çətin günlər yaşayan model bu haqda "ATV maqazin onla...