8 aylıq sevgilisindən ayrılan Günay kövrəldi: "Çox çətindir..." (VİDEO)

8 aylıq sevgilisindən ayrılan Günay kövrəldi: Çox çətindir... (VİDEO)
Video
Şou-biznes 3602
Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva 8 aylıq sevgilisindən ayrılıb. BAKU.WS xəbər verir ki, çətin günlər yaşayan model bu haqda "ATV maqazin onlarla" verilişində danışıb. G. Musayeva sevgisini karyerasına qurban verdiyini dilə gətirib: "8 ay bərabər olduq. Həyatımda ilk dəfə 30-lardan sonra aşiq oldum. Çox gözəl hisslərdir. Hər kəsə nəsib olsun. Tam ayrılıq da sayılmaz. Bir az uzaq qaldıq. Çox çətindir. Karyera yalnızlığı tələb edir". Qeyd edək ki, G. Musayeva iş adamı Taha Tatlıcınla sevgili olub. Onların münasibəti haqda Türkiyə mediası xəbər yaymışdı. Xatırladaq ki, Musayeva aktyor Tolqa Karellə ailəli olub. Onun bu nikahdan Cahangir adlı oğlu dünyaya gəlib. BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanlı aktrisa və model Türkiyədə podyuma bu geyimlə çıxdı (VİDEO)

Azərbaycanlı aktrisa və model Türkiyədə podyuma bu geyimlə çıxdı (VİDEO)

Azərbaycanlı model Günay Musayeva Türkiyədə podyuma çıxdığı geyimi ilə bütün diqqətləri üzərinə çəkməyi bacarıb. Daha sonra isə model və aktrisa ARB TV-nin kame...

2666 Şou-biznes 09:47 23 may 2017

Son xəbərlər