Müşviq Şahverdiyev: "Pandemiyadan sonra film sahəsi daha da zəiflədi"
19
iyn
2026
20:30
Aktyor Müşviq Şahverdiyev Azərbaycanda film sahəsinin pandemiyadan sonra daha da zəiflədiyini bildirib.
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, aktyor bu barədə "Qonaqcanlı" verilişində danışıb.
"Bizim ölkədə film sahəsi o qədər də güclü inkişaf etməyib. Pandemiyadan sonra bu sahə bir az da zəiflədi, kinoteatrlara gedən tamaşaçı sayı azaldı. Rusiyaya və Türkiyəyə baxanda biz bahalı aktyorlar sayılmırıq. Amma ölkəmizdə bir neçə aktyor var ki, onlara tələbat çoxdur və buna görə də qonorarları fərqli olur. Amma əvvəlki kimi deyil" deyə, aktyor bildirib.
Oxşar xəbərlər
44 yaşlı Dima Bilan baba oldu
44 yaşlı Dima Bilan baba olub. BAKU.WS xəbər verir ki, sənətçi bu xəbəri sosial mediada paylaşıb. O hadisə ilə bağlı qısa bir şərh verməklə kifayətlənərək heç...