8 illik qalmaqal bitdi - Aygünlə Natəvan barışdı

8 illik qalmaqal bitdi - Aygünlə Natəvan barışdı
Şou-biznes 3463

Xalq artisti Aygün Kazımova ilə müğənni Natəvan Həbibi arasında yaşanan 8 illik qalmaqala son qoyulub.

BAKU.WS musavat.com-a xəbər verir ki, xalq artisti "ATV maqazin onlarla” verilişində ona barışıq əlini uzadan Həbibinin jestinə müsbət cavab verib:

"Mən Natavanın bu addımını yüksək qiymətlədirirəm və ona "hə” deyirəm. Əgər kiçik addım atıbsa, böyük canla-başla cavab verməlidir. Bu, mənim münasibətimdir. Kimsə başqa cür fikirləşirsə, fikirləşsin. Bəzən arada gəzənlər olmayan söhbətləri danışırlar. Məsələni aydınlaşdırmağa macal tapmamış, mikrofon uzanır və ara qarışır. Mən sülh tərəfdarıyam. İnsanları sevmək lazımdır. Arada yaşanan soyuqluq ömür boyu yaşana bilməz, qəlbdəki kin birinci insanın özünə zərərdir”.

Qeyd edək ki, "Nömrə 1” yarışmasında Natavanın Aygünə qalib gəlməsi onların münasibətlərini pisləşdirmişdi. Kazımovanın həmkarının erməni milliyyətinə mənsub olduğunu açıqlamasından sonra N.Həbibi xalq artistini onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına görə, müğənni N.Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməli idi.

Bir neçə həftə əvvəl isə N.Həbibi proqramda Aygün Kazımova ilə barışmaq istədiyini dilə gətirmişdi: "Deyəsən, böyümüşəm. Mən mehribanlıq, hər şeyin yaxşı olmasını istəyirəm. Amma bir şərtim var. Əgər səmimiyyət və istək olsa, hər şey yaxşı olacaq. Sənət və oyun üçün yox, insanlıq üçün sülh olmalıdır”.

BAKU.WS

Son xəbərlər