SİZİN REKLAM BURADA!
055 213 76 73



Teleaparıcı İlham Mirzəyev həbsxanada iflic olub.


BAKU.WS
xəbər verir ki, bu barədə müğənni Xəyyam Nissanov sosial şəbəkələrdə yazıb. Onun qeyd etdiyinə görə, teleaparıcı İlham Mirzəyevin sol tərəfi işləmir.

Qeyd edək ki, İlham Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. O, direktoru olduğu "İlhamed” tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu almaqda ittiham olunur. Nərimanov rayon Məhkəməsi onun barəsində 4 il 6 ay azadlıqdan məhrum edilməsi hökmü çıxardıb. Sonradan Bakı Apellyasiya Məhkəməsi onun barəsində hökmü dəyişib və cəza 3 il 6 aya endirilib.

Ziya Babayev
BAKU.WS