Tanınmış müğənni Sevda Yahyayeva növbəti dəfə solo konsert verəcək.

BAKU.WS məlumat verir ki, müğənninin konserti "Halikarnas” restoranında baş tutacaq. Yanvarın 23-də keçirilməsi planlaşdırılan konsertdə sənətçi ən son mahnılarını canlı ifa edəcək.
 
Qeyd edək ki, Sevda Yahyayeva sonuncu dəfə ötən ilin avqust ayında Yaşıl Teatrda solo konsert vermişdi.  
 
BAKU.WS