6 kq piyi çıxarılan prodüserin əməliyyatdan sonrakı halı (VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə gün öncə liposaksiya (Piy sovurma əməliyyatı) etdirən tanınmış prodüser Təranə Səmədova evə buraxılıb.
BAKU.WS xəbər verir ki, lent.az-ın foto-kameraları önünə keçən prodüser bildirib ki, hazırda özünü yaxşı hiss edir: "Əməliyyatımdan razıyam. Əminəm ki, yeni görkəmim məni qane edəcək. Çünki artıq 3-4 gündür ki, əməliyyat olunmuşam, amma irəliləyişlərdən hiss edirəm ki, daha da yaxşı olacaq. Bu əməliyyat nəticəsində 6 litr piydən azad oldum”.
Prodüser onu da əlavə etdi ki, növbəti dəfə əməliyyat masasına əyləşəcək: "Daha bir liposaksiya əməliyyatını ayaq nahiyəmdə etdirəcəm. Bundan başqa qarşıda iki estetik əməliyyat da məni gözləyir. Estetik əməliyyatı hansı nahiyədə etdirəcəyimi isə indidən açıqlamayacağam. İstərdim ki, 15-20 kilo arıqlayım”.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı prodüserin qarnından 6 litr piy çıxardılar (FOTO)
Tanınmış prodüser Təranə Səmədova əməliyyat olunub. BAKU.WS-in verdiyi xəbərdə bildirilir ki, Təranə Səmədova artıq çəkilərindən azad olunub. O, Bakıda fəaliy...