Təranə Səmədova yenə aparıcılıq edir
30
sen
2016
13:30
Prodüser Təranə Səmədova yenidən aparıcılıq etməyə başlayıb.
BAKU.WS xəbər verir ki, prodüser "Dünya” televiziyasında yayımlanan "Köklə sazı-3” aşıq müsabiqəsinin ilk buraxılışında efirə çıxıb.
"Təklif layihənin rəhbəri aşıq Namiq Fərhadoğlundan gəldi. Mən də qəbul etdim. İşimizin uğurlu olacağına inanıram”, - deyə prodüser bildirib.
Xatırladaq ki, prodüser "Space” televiziyasında yayımlanan "Hələ bu harasıdır” proqramına aparıcılıq edib.
Qeyd edək ki, "Köklə sazı 1”-in qalibi İlkin Məmmədov və "Köklə sazı 2”-nin qalibi isə Aytac Bərdəli olub.
Ayse.Ş
BAKU.WS
Oxşar xəbərlər
Təranə keçmiş ərini ata olması münasibətilə təbrik etdi
Prodüser Təranə Səmədova keçmiş həyat yoldaşı, müğənni Kərim Abbasovu ata olması münasibəti ilə təbrik edib. BAKU.WS xəbər verir ki, prodüser "İnstagram” bloq...